ÇEMPİONLAR LİQASININ FORMATI DƏYİŞDİRİLİR

ÇEMPİONLAR LİQASININ FORMATI DƏYİŞDİRİLİR
Futbol
24 Mart 2016 - 15:27
Çempionlar Liqasının formatı dəyişdirilə bilər.

Supersport.Az-ın "Telegraph"a istinadən məlumatına görə, UEFA-nın planlaşdırdığı əsas dəyişiklik komandaların sayı ilə bağlı olacaq. Belə ki, qrup mərhələsində indiki kimi 32 deyil, 16 klub iştirak edə bilər.

Bundan başqa isə, qrupların sayı 8-dən 2-dək azaldılacaq. Buna görə də Çempionlar Liqasının qrup mərhələsində top klubların bir-birilə qarşılaşacağı matçların sayı artacaq və qrup oyunları dekabrda deyil, daha gec - yanvardan sonra başa çatacaq. Pley-off isə 1/4 final mərhələsindən start götürəcək. Dəyişikliklər 2018/2019 mövsümündən tətbiq oluna bilər.

Digər xəbərlər