"QARABAĞ" 1 MİLYONLUQ FUTBOLÇUYLA MARAQLANIR

"QARABAĞ" 1 MİLYONLUQ FUTBOLÇUYLA MARAQLANIR
Futbol
22 Mart 2016 - 22:23
Supersport.Az-ın məlumatına görə, "Çelsi", "Real Madrid" və "Milan" klubunun keçmiş futbolçusu Azərbaycanın "Qarabağ" komandası maraqlanır.

Bu barədə Yunanıstan mətbuatı xəbər yayıb. Söhbət Qana yığmasının və Yunanıstanın "Panatinaikos" klubunun yarımmüdafiəçisi Maykl Essyendən gedir. 34 yaşlı futbolçunun müqaviləsi 2017-ci ildə başa çatacağı bildirilsə də, komandanı tez tərk edəcəyi qeyd olunub. Essyen Yunanıstanda 13 oyun keçirib. Tanınmış futbolçunun qiyməti 1 milyon avrodur.

Qeyd edək ki, karyerası ərzində qanalı futbolçu "Bastiya" (2000-2003), "Olimpik" L. (2003-2005), "Çelsi" (2005-2014), "Real Madrid" (2012-2013) və "Milan" (2014-2015-ci illər) klublarının formasını geyinib.

Digər xəbərlər