AFFA-DAN SƏRT QƏRARLAR: ELXAN MƏMMƏDOV DA CƏZALANDI

AFFA-DAN SƏRT QƏRARLAR: ELXAN MƏMMƏDOV DA CƏZALANDI
Futbol
22 Mart 2016 - 14:44
AFFA İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul olunub.

Premyer Liqanın XXVI turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Neftçi” – “Kəpəz” matçının 30-cu dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərovkobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).

Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 98 №-li futbolçusu Elcan Rəhimovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XVIII turunun “Göyəzən” – “Qaradağ Lökbatan” matçının 60-cı dəqiqəsində “Göyəzən” klubunun 6 №-li futbolçusu Vüsal İbrahimovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XVIII turunun “Bakı” – “Zaqatala” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun XVIII turunun “Neftçala” – “Turan Tovuz” matçının 89-cu dəqiqəsində "Neftçala" klubunun əvəz olunmuş 10  №-li futbolçu Aqşin Həşimov meydana daxil olaraq  “Turan Tovuz” klubunun 20  №-li futbolçu Səbayıl Bağırova hücum çəkmiş, ona zərbələr endirmiş və hər iki klubunun futboloçuları arasında dava-dalaşa səbəb olmuşdur. Bu səbəbdən 7 dəqiqə fasilə yaransa da, görüş sona qədər oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləmiş və aşağıdakı qərarları qəbul etmişdir;

  • Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur (maddə 40).

  • "Neftçala" klubunun 10 №-li futbolçusu Aqşin Həşimov rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80).

  • Baş vermiş davada aktiv iştirak etdiyinə görə " Turan Tovuz " klubunun  4  №-li futbolçu Afin Bağırov və "Neftçala" klubunun 99 №-li futbolçu Cəmil Rəhimli 5 oyunluq cəzalanır və hər iki klub 300 manat cərimə olunur (maddə 39)


I Divizionun XVIII turunun “Şahdağ” – “Ağsu” matçının 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edir və klubun 4 №-li futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırır. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verir və rəqib qol vurur. Bundan sonra "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirir, hakim isə öz növbəsində  11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edir. "Şahdağ" klubunun futbolçusu  ikinci cəhddə topu qapıdan keçirə bilmir və  "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinir (hərəkətdə heç bir qeyri-etik jest yoxdur). "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu" klubunun 8 №-li futbolçusuna hücum çəkmiş və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olmuşdur. Matç sona kimi oynanılmışdır. İntizam Komitəsi oyunun videoyazısını izləmiş və aşağıdakı qərarları qəbul etmişdir;

  • "Şahdağ" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunur (maddə 40).

  • Oyunun 83-cü dəqiqəsində "Ağsu" klubunun  4 №-li futbolçusu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur ( maddə 48).

  • Oyunun 87-ci dəqiqəsində "Ağsu" klubunun  8 №-li futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilir.

  • "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80).

  • "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev (oyunun hakim səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazmışdır)  baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80).

  • Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur (maddə 50).

  • PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan  dövlət qrumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.

  • Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsi baxsın və İntizam Komitəsinə məlumat  versin.


I Divizionun XVIII turunun “Mil-Muğan” – “Şəmkir”  matçı başa çatdıqdan sonra "Mil-Muğan" klubunun  9 №-li futbolçusu Elxan  Məmmədov "Şəmkir" klubunun texniki zonasına yaxınlaşaraq  "Şəmkir" klubunun  10 №-li futbolçusu Qeyrət Qənbərova hücum çəkmiş, ona xəsarət yetirmiş, azarkeşlərin meydana daxil olmasına və  hər iki klub arasında qarşıdurmaya  səbəb olmuşdur. Baş vermiş insident qısa zamanda aradan qaldırılmışdır.

İntizam Komitəsi baş vermiş hadisəyə uyğun olaraq aşağıdakı qərarları qəbul edir;

  • Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur (maddə 40).

  • Oyunun 88-ci dəqiqəsində "Şəmkir" klubunun  7 №-li futbolçusu Bəhruz Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur ( maddə 48).

  • "Mil-Muğan" klubunun 9 №-li futbolçusu Elxan Məmmədov rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur ( maddə 80).

  • Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur (maddə 50).

  • PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan  dövlət qrumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.


I Divizionun “Bakılı” – “Şərurspor” matçının 82-ci dəqiqəsində “Bakılı” klubunun 12 №-li futbolçusu Qafar Əliyevrəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Oyunun 86-cı dəqiqəsində “Bakılı” klubunun 7 №-li futbolçusu Ramil Həşimzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Digər xəbərlər