"NEFTÇİ"NİN YENİ BAŞ MƏŞQÇİSİ BU MÜTƏXƏSSİS OLACAQ

"NEFTÇİ"NİN YENİ BAŞ MƏŞQÇİSİ BU MÜTƏXƏSSİS OLACAQ
Futbol, Eksklüziv
22 Mart 2016 - 00:22
Supersport.Az-a "Neftçi"nin yeni baş məşqçisinin kim olacağı məlumatı daxil olub.

Paytaxt komandasında hazırda bu vəzifəni müvəqqəti olaraq idman direktoru Vəli Qasımov daşıyır və klub çətin vəziyyətdən çıxa bilmir.

Məlumatda bildirilir ki, "Neftçi" AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla razılıq əldə edib. 45 yaşlı mütəxəssisin mövsümün sonunda "ağ-qaralar"ın baş məşqçisi təyin olunacağı gözlənilir.

Qeyd edək ki, 10 komandanın iştirak etdiyi milli çempionatda 26 turdan sonra AZAL 33 xalla 6-cı, "Neftçi" isə 32 xalla 7-cidir.

Digər xəbərlər