FUTBOLDA FACİƏ: 3 AZARKEŞ ÖLDÜ, 54-Ü XƏSARƏT ALDI - VİDEO

FUTBOLDA FACİƏ: 3 AZARKEŞ ÖLDÜ, 54-Ü XƏSARƏT ALDI - VİDEO
Futbol, Video
21 Mart 2016 - 18:39
Futbol oyunlarında da ölüm hadisəsinə rast gəlinir. Mərakeşdə qarşılaşmadan sonra hər iki komandanın fanatları arasında dava düşüb və nəticədə 3 azarkeş ölüb, 54-ü yaralanıb, 2 fanatın həyatı isə təhlükədədir.

Raja de Casablanca - Chabab Rif Al Hoceima oyununda meydan sahibi komanda 2-1 hesabı ilə qələbə qazanaraq, çempionatda ardıcıl dördüncü dəfə qalib gəlib.

Raja-nın "Green Boys" və "Ultras" fanklubları arasında baş verən davada daş, dəmir və alovdan istifadə olunub.

Mərakeş Futbol Federasiyası İntizam Komitəsi Raja de Casablanca klubuna 5 oyun azarkeşsiz oynamaq və maddi cəza verib.


21fas

Digər xəbərlər