"QALATASARAY" - "FƏNƏRBAĞÇA" OYUNU TƏXİRƏ SALINDI

"QALATASARAY" - "FƏNƏRBAĞÇA" OYUNU TƏXİRƏ SALINDI
Futbol
20 Mart 2016 - 20:25
Türkiyə Superliqasının 26-cı turunun “Qalatasaray” – “Fənərbağça” oyunu təxirə salınıb.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı İstanbul valiliyi müvafiq qərar verib. Matç mümkün terror təhlükəsi səbəbindən başqa vaxta keçirilib. Hələlik oyunun nə vaxt keçiriləcəyi barədə məlumat yoxdur.

Qeyd edək ki, görüşün başlamasına bir neçə saat qalmış hüquq-mühafizə orqanları oyunun azarkeşlərin iştirakı olmadan keçirilməsi haqda qərar verib. Bu səbəbdən Bakı vaxtı ilə saat 18.30-dan etibarən stadiona girən azarkeşlər çölə çıxarılmağa başlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Ankara, dünən isə İstanbulda terror aktı həyata keçirilib. Nəticədə ümumilikdə 30-dan çox insan həlak olub.

Digər xəbərlər