İLHAM ƏLİYEVƏ AÇ-2016-NIN AÇILIŞ MATÇININ BİLETİ TƏQDİM EDİLDİ

İLHAM ƏLİYEVƏ AÇ-2016-NIN AÇILIŞ MATÇININ BİLETİ TƏQDİM EDİLDİ
Futbol
19 Mart 2016 - 21:56
Azərbaycan prezidenti İlham Əliyev bu gün Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib. Supersport.Az xəbər verir ki, prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxıblar.

Burada dövlətimizin başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olunub.

Qeyd edək ki, çempionatın ölkəmizdə keçirilməsi ilə bağlı qərar 2012-ci ilin martında İstanbulda UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Çempionatın 16 komandanın qatılacağı final mərhələsinin bütün oyunları Bakıda keçiriləcək. Bu mötəbər yarışların təşkilinə 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, qeydiyyat, qonaqpərvərlik, tibb, nəqliyyat və digər məsələlər daxildir. (AFFA)

Digər xəbərlər