GÜLƏŞÇİLƏRİMİZ U-23 AVROPA ÇEMPİONATINA HAZIRLIQLARI DAVAM ETDİRİR

GÜLƏŞÇİLƏRİMİZ U-23 AVROPA ÇEMPİONATINA HAZIRLIQLARI DAVAM ETDİRİR
Digər, Güləş
18 Mart 2016 - 10:16
29 mart - 3 aprel 2016-cı il tarixdə Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Məlumat üçün bildirək ki, U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq.

Supersport.Az xəbər verir ki, yığma komandalarımız çempionata hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Təlim-məşq toplanışında ümumilikdə 18 sərbəst, 27 yunan-Roma və 12 qadın güləşçi yer alıb.

Çempionatın proqramına əsasən, 29-30 martda yunan-Roma, 31 mart - 1 apreldə qadın, 2-3 apreldə isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.

Xatırladaq ki, ötən il ilk dəfə keçirilən U-23 Avropa çempionatında yığma komandalarımız ümumilikdə 1 qızıl, 2 gümüş və 6 bürünc medala sahib olub.

Digər xəbərlər