"NEFTÇİ"DƏ QADAĞA

"NEFTÇİ"DƏ QADAĞA
Futbol, Eksklüziv
17 Mart 2016 - 00:41
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi"nin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Vəli Qasımov komandada xüsusi rejim yaradıb.

 

47 yaşlı mütəxəssis, klubun məşqlərinin qapalı keçirməsinə qərar verib. Buna görə də mətbuat nümayəndələri komandanın hazırlıq prosesini izləyə bilməyəcək.

V.Qasımov qadağa ilə bağlı Supersport.Az-ın əməkdaşına fikirlərini bildirib:

"Komandanın sistemini qurmaq üçün məşqlər qapalı keçirilir. Əsas işimiz taktika ilə bağlıdır. Ona görə ki, bir neçə görüşdə futbolçularımız eyni səviyyədə oyun nümayiş etdirməyib. Komandanın bir sistemlə oynamasına çalışırıq".

Süleyman Kərimov

Digər xəbərlər