"İNTER" "XƏZƏR LƏNKƏRAN"LA OYUNA İTKİLƏRLƏ ÇIXACAQ

"İNTER" "XƏZƏR LƏNKƏRAN"LA OYUNA İTKİLƏRLƏ ÇIXACAQ
Futbol
16 Mart 2016 - 09:09
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "İnter" "Xəzər Lənkəran"la səfərə oyunu ərəfəsində ciddi problemlə üzləşib.

Paytaxt təmsilçisinin 4 futbolçusu - Nizami Hacıyev, Qara Qarayev, Laşa Salukvadze və Fuad Bayramov zədəli olduğu üçün qarşılaşmanı buraxmalı olacaq. Bu barədə əməkdaşımıza "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" oyunu martın 20-də keçiriləcək.

Digər xəbərlər