İLHAM ƏLİYEV: FORMULA 1 ÖLKƏMİZƏ OLAN MARAĞI DAHA DA ARTIRACAQ - FOTO

İLHAM ƏLİYEV: FORMULA 1 ÖLKƏMİZƏ OLAN MARAĞI DAHA DA ARTIRACAQ - FOTO
Formula-1, Foto
15 Mart 2016 - 10:15
Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Supersport.Az xəbər verir ki, dövlətimizin başçısı Yan Hamaçek ilə həm Azərbaycanda, həm də Çexiyada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Ölkəmizə sonuncu dəfə Bakıda keçirilən birinci Avropa Oyunları zamanı səfər etdiyini məmnunluqla xatırlayan qonaq Oyunların qısa müddət ərzində yüksək səviyyədə təşkili münasibətilə ölkəmizi və şəxsən Prezident İlham Əliyevi bir daha təbrik etdi. Bakının artıq Avropanın idman paytaxtına çevrildiyini qeyd edən Yan Hamaçek ölkəmizdə bu dəfə Formula 1 yarışlarının keçirilməsinin bunun daha bir göstəricisi olduğunu dedi.

Prezident İlham Əliyev Formula 1 yarışlarının Bakıda keçirilməsinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışdı. Dövlətimizin başçısı bu yarışın tamaşaçı auditoriyası baxımından Yay Olimpiya Oyunları ilə eyni səviyyədə tutulduğunu qeyd etdi və tədbirin ölkəmizə olan marağı daha da artıracağına əminliyini bildirdi.

illl

Digər xəbərlər