AZƏRBAYCAN TƏMSİLÇİSİ 146 KM-LİK MÜBARİZƏDƏ BİRİNCİ OLDU

AZƏRBAYCAN TƏMSİLÇİSİ 146 KM-LİK MÜBARİZƏDƏ BİRİNCİ OLDU
Digər
14 Mart 2016 - 22:01
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəsi başa çatıb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının sonuncu, 3-cü mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.

146 km-dən ibarət bu bölümdə velosipedçimiz finiş xəttini hamıdan tez keçib - 3 saat, 9 dəqiqə, 20 saniyə.

Xatırladaq ki, Matey Müqerli yarışın 1-ci mərhələsində 2-ci, 2-ci mərhələsində isə 5-ci olmuşdu. Bu amil təmsilçimizə ümumi təsnifatda liderdən cəmi 3 saniyə geri qalmaqla yarışı 3-cü pillədə bitirməyə imkan verib.

Qeyd edək ki, “Synergy Baku” bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunub.

Digər xəbərlər