DANİLO DİAS KASİLYASA 2 QOL VURDU

DANİLO DİAS KASİLYASA 2 QOL VURDU
Futbol
14 Mart 2016 - 21:51
Portuqaliya çempionatında 26-cı turun oyunları keçirilib.


Supersport.Az xəbər verir ki, ötən gecə “Portu” öz meydanında “Union Madeyra” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.  Qonaqların heyətində “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias fərqlənib. Braziliyalı hücumçu matçın 62 və 67-ci dəqiqələrində  İker Kasilyası iki dəfə məyus edib.

Qeyd edək ki, "Union Madeyra" Portuqaliya çempionatında 25 xalla 15-ci yerdə qərarlaşıb.

 

Digər xəbərlər