CÜDOÇUMUZ ARGENTİNADA QIZIL MEDAL QAZANDI - FOTO

CÜDOÇUMUZ ARGENTİNADA QIZIL MEDAL QAZANDI - FOTO
Digər, Cüdo, Foto
13 Mart 2016 - 08:50
Argentinada cüdoçumuzun şərəfinə Azərbaycan himni səsləndirildi

Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli tatami sahibi Nikolas Qomes və türkiyəli Əhməd Kabaya qalib gelerek yarımfinala çıxıb. Vüqar yarımfinalda Argentina təmsilçisi Hernan Birbrierdən üstün olub. Finalda isə kanadalı cüdoçu Sergio Pessoaya qalib gələn Şirinli qızıl medal qazanib. Mükafatlandırma mərasimində cüdoçumuzun şərəfinə Azərbaycan himni səsləndirilib.


60 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvü Elbrus Zamanov 7-ci olub.

48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə mötəbər turnirdə 5-ci yeri tutub.

Qeyd edək ki, 60 ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 7 idmançı ilə təmsil olunur.\

ARG4                                 ARG3

Digər xəbərlər