ARDA QOL VURDU, "BARSELONA" 10-CU PENALTİNİ QAÇIRDI

ARDA QOL VURDU, "BARSELONA" 10-CU PENALTİNİ QAÇIRDI
Futbol
13 Mart 2016 - 01:24
ardasecde

İspaniya La Liqasının 29-cu turunda "Barselona" "Xetafe" ilə qarşılaşıb. Barselona klubu rəqibini darmadağın edib - 6:0. Bu oyunda qollardan birini Türkiyə futbolunun ulduzu Arda Turan vurub. Oyunun 11-ci dəqiqəsində Lionel Messi penalti zərbəsini boşa verib. Ümumiyyətlə, bu mövsüm argentinalı futbolçu 8 penaltidən 4-nü qaçırıb. "Barselona" La Liqada 84 qol vurmaqla ən məhsuldar klubdur. Lider komandanın əsas problemi penalti ilə bağlıdır: 20 zərbədən 10-nu boşa verib.

"Barselona" - "Xetafe" - 6:0

Qollar: Xuan Rodriqes, 8-avtoqol (1:0), Munir Əl Haddadi, 19 (2:0), Neymar, 32 (3:0), Lionel Messi, 40 (4:0), Neymar, 51 (5:0), Arda Turan, 57 (6:0)

Bu qələbə ilə xalını 75-ə çatdıran "Barselona" turnir cədvəlinin ilk pilləsində yerini möhkəmləndirib. "Atletiko" 64 xalla ikinci, "Real" 60 xalla üçüncüdür.

Digər xəbərlər