AZAD RƏHİMOVDAN DOPİNQ AÇIQLAMASI - VİDEO

AZAD RƏHİMOVDAN DOPİNQ AÇIQLAMASI - VİDEO
Eksklüziv, Video
11 Mart 2016 - 18:13
 

"ONLAR RAHAT YATA BİLMİRLƏR"

 

 

Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarında meldonium preparatının qəbul olunması məsələsinə aydınlıq gətirib.

"Tibb baxımından hər şey məlumdur: yanvarın 1-dən meldonium preparatı qadağan olunub, antidopinq agentliyinin siyahılarına düşüb və idmançılar onu qəbul etməməlidirlər. Bundan əvvəl bir çox idmançılar bunu qəbul ediblər. Ancaq o zaman qadağan deyildi” - deyə, nazir bildirib.
Azar Rəhimovun sözlərinə görə, bəzi xarici mətbuat nümayəndələri narahatdırlar:
"Bakıda keçirilən Avropa oyunlarına gəlincə, maraqlı fakt ondan ibarətdir ki, bəzi agentliklər çox narahatdırlar, onlar indiyədək rahat yata bilmirlər. Avropa Oyunları Azərbaycan üçün böyük qələbə, idmanın təntənəsi idi. Baxmayaraq ki, üstündən yarım il vaxt keçib onu alçaltmağa əl atırlar. Niyə 2012-ci ildə London Olimpiya Oyunlarında həmin preparatdan qəbul edildiyindən danışılmır? Həmin olimpiadada 16 min idmançı iştirak edirdi, onlardan 6 mini bu preparatdan qəbul edib".

Nazir deyib ki, bu siyasi məsələdir:

"Bu məsələ gündəmə elə gətirilir ki, guya Avropa Oyunlarında qazanılan medallar dopinqin nəticəsində qazanılıb. Bu tam şəkildə düzgün deyil və bu siyasi məsələdir, ikili standartlardır və bu Azərbaycana Avropa Oyunlarının nüfuzunu və onların yüksək səviyyədə keçirilməsini alçaltmaq cəhdidir. Həmin preparatlardan bütün dünyada qəbul edirlər. Hansı səbəbdən onlarla bağlı bu suallar qalxmır, nəyə görə onlar yoxlanılmır?".

Digər xəbərlər