DAVİD TREZEGE: “AZƏRBAYCANLI UŞAQLARA DƏSTƏYİMİZ ÇOX VACİBDİR”

DAVİD TREZEGE: “AZƏRBAYCANLI UŞAQLARA DƏSTƏYİMİZ ÇOX VACİBDİR”
Futbol
11 Mart 2016 - 17:59


“Azərbaycanda olmaqdan zövq duyuram. Bakının gözəlliyinə heyran oldum”.

Supersport.Az-ın Futbolxeber.az-a istinadən verdiyi məlumatına görə, bu sözləri hazırda “Yuventus”un səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezege deyib.

Dünya və Avropa çempionu Azərbaycan futbolunun inkişafı üçün “Yuventus”un əlindən gələni edəcəyini bildirib: “Azərbaycan kimi gözəl ölkədə də futbolun inkişafı üçün işlər görmək lazımdı. Ona görə də “Yuventus” Azərbaycana da sərmayə qoymağı qərar aldı. Bizim azərbaycanlı uşaqlara dəstəyimiz çox vacibdi. Bu layihə çərçivəsində “Yuventus” gələcəyin peşəkar futbolçularını yetişdirə bilər. Ümid edirəm ki, tezliklə yenidən Bakıya qayıdacağam”.

Digər xəbərlər