AÇ-2016: DAHA BİR QIZIL MEDAL

AÇ-2016: DAHA BİR QIZIL MEDAL
Digər, Güləş
11 Mart 2016 - 23:50
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.

Supersport.Az xəbər verir ki, çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

Qadın güləşi üzrə 58 kq çəkidə mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, Ukraynadan Ganna Vasilenkov və İsveçdən Elin Johanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Grace Jacob Bullen olub. Milli komandanın üzvü son görüşü də qələbə ilə bitirərək, qızıl medal qazanıb.

58 kq
1/8 final - Veranika İvanova (BLR) - Natalya Sinişin 2:4
1/4 final - Ganna Vasilenko (UKR) - Nataliya Sinişin 0:5
1/2 final - Nataliya Sinişin - Elin Johanna Nilsson (SWE) 12:2
FİNAL - Nataliya Sinişin - Grace Jacob Bullen (NOR)  3:1

69 kq
1/8 final - Gözəl Zutova - Dalma Caneva (İTA) 3:5

70 kq
1/8 final - Azamat Nurikau (BLR) - Gitinomaqomed Hacıyev 7:5

125 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Vladislav Baytçaev (RUS) 6:3
1/4 final - Alan Zaseyev (UKR) - Cəmaləddin Məhəmmədov 6:2

 

Digər xəbərlər