AFFA QƏRARLAR QƏBUL ETDİ

AFFA QƏRARLAR QƏBUL ETDİ
Maqazin
11 Mart 2016 - 16:46

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin yeni seçilmiş heyətlə ilk iclası keçirilib.





Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:




1. Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib.

2. Elxan Məmmədov növbəti müddət – 4 il üçün AFFA-nın baş katibi vəzifəsinə təsdiq olunub.

3. AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statutusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi aşağıdakı kimi təsdiq olunub:


Hakimlər Komitəsi


Xəqani Məmmədov – sədr

Kərim Ağayev

Rafiq Pənahpur

Ramiz Mustafayev

Səfər Haşımov


Hakim-İnspektorlar Komitəsi


Əli Hüseynov – sədr

Bəşir Əliyev

Tofiq Şükürov

Əsgər Əmirəliyev

Vüsal Əliyev


İntizam Komitəsi


Tofiq Fətullayev – sədr

İlqar Əliyev

Məlik Həsənov

Altay Zahidov

Ağamehdi Mehdiyev

Erkin Hüseynov

Rasim Zeynalov (inspektor)


Oyunçuların Statusu və Transferi Komitəsi


Rəmiş Malıyev – sədr

Musa Qurbanov

Zamiq Hüseynov

Orxan Hüseynzadə

Nailə Rüstəmzadə


Apellyasiya Arbitraj Tribunalı


Muxtar Babayev – sədr

Vasib Əkbərov

Arif Fərəcov

Zaur Qəhrəmanov

Ziya Babayev

Murad Heydərov


4. Oyunçuların Statutusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub.

5. Premyer Liqada çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb.

“Bakcell Arena” AFFA-nın balansında saxlanılmaqla “Neftçi” PFK-nın istifadəsinə verilib.

6. Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub.

7. UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.

8. İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın Nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.

Digər xəbərlər