AFFA QURBAN QURBANOVA VƏZİFƏ VERDİ

AFFA QURBAN QURBANOVA VƏZİFƏ VERDİ
Futbol
11 Mart 2016 - 12:39
Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konransı keçirilib.

Supersport.Az-ın məlumatına görə, konfransda qurumun İcraiyyə Komitəsinin yeni üzvləri də məlum olub. Söhbət "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və Xarici İşlər naziri Elmar Məmmədyarovdan gedir. Adıçəkilən şəxslər daha öncə komitədə üzv olan "Bakı"nın prezidenti Hafiz Məmmədov və "İnter"in sabiq sahibi Cahangir Hacıyevi əvəzləyiblər.

Qeyd edək ki, Qurbanovun namizədliyi "Qarabağ" klubu, nazirin isə Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən irəli sürülüb.

İcraiyyə Komitəsinin bütün üzvləri:
Qurban Qurbanov - "Qarabağ"
Rauf Əliyev - AZAL
Elşad Nəsirov - "Neftçi"
Vaqif Sadıqov - "Sumqayıt"
İskəndər Cavadov - Şimal Futbol Federasiyası
Kazbek Tuayev - Regional Futbol Federasiyası
Mahir Məmmədov - Futzal Federasiyası
Mirkamil Rəhimov - Uşaq Futbol Federasiyası
Firudun Qurbanov - Futbo Hakimlər Birliyi
Elmar Məmmədyarov - Futbolsevərlər Birliyi

Digər xəbərlər