GÜLƏŞÇİLƏRİMİZ MEDALLARINI SAYINI ARTIRIR

GÜLƏŞÇİLƏRİMİZ MEDALLARINI SAYINI ARTIRIR
Digər, Güləş, Video
10 Mart 2016 - 18:35
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.

Supersport.Az xəbər verir ki, çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb.

61 kq-da mübarizə aparan ikiqat Dünya çempionu Hacı Əliyev rəqiblərinə bir xal belə vermədən əvvəlcə Litvadan Sarinas Jurcisi, ardınca Bolqarıstandan Vladimir Dubovu mübarizədən kənarlaşdırıb. Yarımfinalda London Olimpiadasının gümüş medalçısı gürcü Vladimir Xinçeqaşvili ilə gərgin keçən görüşdə rəqib üstün olub. Hacı Əliyev Ermənistan təmsilçisi Valodya Franqulyanla bürünc medal uğrunda həlledici görüşə çıxacaq.

74 kq çəkidə yarışan ikiqat Avropa çempionu Cəbrayıl Həsənov ilk görüşündə gürcü Jakob Maxaraşvilini təmiz qələbə ilə məğlub edib. Növbəti görüşdə gürcü əsilli Ukrayna təmsilçisi Giya Çixladzedən də üstün olan güləşçimiz yarımfinalda Bolqarıstan təmsilçisi Miroslav Kirovla qarşılaşıb. Rəqibinə heç bir şans verməyən Cəbrayıl adını finala yazdırıb. Finalda güləşçimizin rəqibi Türkiyə təmsilçisi Soner Demirtaş olacaq.

Final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
55 kq
1/4 final - Alyona Kolesnik - Simona Pricob (ROU) 0:661 kq
1/8 final - Sarinas Jurcis (LTU) - Hacı Əliyev 0:11
1/4 final - Hacı Əliyev - Vladimir Dubov (BUL) 11:0
1/2 final - Hacı Əliyev - Vladimer Xinçeqaşvili (GEO) 2:4
Bürünc medal görüşü - Valodya Franqulyan (ARM) - Hacı Əliyev 0:7
74 kq 
1/8 final - Jakob Maxaraşvili (GEO) - Cəbrayıl Həsənov 0:5 (tuşe)
1/4 final - Giya Çixladze (UKR) - Cəbrayıl Həsənov 3:4
1/2 final - Cəbrayıl Həsənov - Miroslav Kirov (BUL) 10:0
FİNAL - Cəbrayıl Həsənov - Soner Demirtaş (TUR) 1:2


Digər xəbərlər