"QƏBƏLƏ" QRUP MƏRHƏLƏSİNDƏ OYNAMAĞI ƏNƏNƏYƏ ÇEVİRMƏLİDİR"

"QƏBƏLƏ" QRUP MƏRHƏLƏSİNDƏ OYNAMAĞI ƏNƏNƏYƏ ÇEVİRMƏLİDİR"
Futbol
10 Mart 2016 - 00:48
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı cavab matçından (5:1, ilk oyun - 2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Supersport.Az saytı Azerisport.az-a istinadən sizi həmin açıqlamalarla tanış edir.

- Öncə oyun barədə fikirləriniz...
- Belə asan qələbə qazanacağımızı gözləmirdim. Uşaqlar 90 dəqiqə ərzində əsl bizə lazım olan kimi futbol sərgilədilər. Bu rəqibi keçəcəyimizə əmin idik. Komandamız oynamağı bacardığını sübut etmək istəyirdi. Özümüzə yarımfinalda da uğurlar arzulayıram.

- Bu, sizin görmək istədiyiniz komanda idi?
- Çatışmazlıqları görmək üçün mütəxəssis olmaq lazım deyil. Amma görmək istədiyimiz oyuna yaxınlaşdığımızı demək olar.

- Sizə elə gəlmir ki, "Qəbələ" tədricən dirçəlir?
- Bu, bizim ənənəmizdir. İlin bu vaxtında dirçəlirik (gülür).

- Azarkeşlər də bu gün çox idi...
- Bildiyiniz kimi, yeni aksiyaya başlamışıq. Fikrimcə, bundan sonra tribunalara toplaşan azarkeşlərimizin sayı daha çox olar.

- Azarkeşlər bu gün Cavid Hüseynovun da ad gününü də qeyd etdilər...
- O, uğurlu oyunçu idi. Azarkeşlər də bu üzdən onu unutmurlar.

- Yarımfinalda "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Mükafat qazanmaq istəyiriksə, qələbə qazanmaq lazımdır. Həm kubokda, həm də çempionatda uğur qazanmaq istəyirik.

- "Qəbələ" böyük ehtimalla avrokuboklara vəsiqə qazanacaq. Yeni mövsümdə qarşıya hansı hədəflər qoyulacaq?
- Yenidən ən azı qrup mərhələsində oynamaq istəyirik. Bunu ənənəyə çevirməliyik. Futbolumuz inkişaf edir. Biz də bu inkişafdan geri qalmamalıyıq.

- Yayda daha səviyyəli oyunçular almağı planlaşdırırsınız?
- Biz daim bu yöndə çalışmalarımızı davam etdiririk. Marat İzmaylov, Aleksey Qay kimi futbolçuların transferi də bunun nəticəsidir. Amma bizim sistemimizə cavab verən, baş məşqçimizin istədiyi oyunçuları almaq lazımdır.

Digər xəbərlər