Çempionlar Liqasında "Mançester Siti" - "İnter" finalı

Çempionlar Liqasında "Mançester Siti" - "İnter" finalı
Futbol
10 İyun 2023 - 09:00
Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün final oyunu keçiriləcək.

Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandası qarşılaşacaq.

Atatürk Olimpiya Stadionunda qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

UEFA Çempionlar Liqası

Final

10 iyun

23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İstanbul, Olimpiya Stadionu

Qeyd edək ki, Çempionlar Liqasında ikinci dəfə finalda mübarizə aparacaq "Mançester Siti" bu turnirdə qalib olmayıb. "İnter" isə 6 finalın yarısında qələbə qazanıb.
Çempionlar Liqasının son qalibi İspaniyanın "Real Madrid" klubudur.


Digər xəbərlər