İstanbulda Ronaldonun geyimi ən bahalı oldu

İstanbulda Ronaldonun geyimi ən bahalı oldu
Futbol
09 İyun 2023 - 23:46
Çempionlar Liqasının finalında "Mançester Siti" - "İnter" matçı münasibətilə İstanbulda açılan fan zonanın ən bahalı məhsulu məlum olub.

Supersport.Az-ın məlumatına görə, azarkeş zonasında ən bahalı geyim Kriştiano Ronaldonun oynadığı "Yuventus"un formasıdır - 45 min lirə (3 min 258 manat).

İkinci yerdə “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın köynəyi – 38 min lirə, üçüncü yerdə isə niderlandlı komanda yoldaşı Bernardo Silvanın forması 19 min 917 lirəylə qərarlaşıb.

Digər xəbərlər