"Barselona"nın Neymardan imtina etməsinin səbəbləri

Futbol
09 İyun 2023 - 23:38
Neymarın niyə "Barselona"ya keçməyəcəyi məlum olub.

Supersport.Az "Diario Sport"a istinadla xəbər verir ki, bunun bir neçə səbəbi var. Əsas odur ki, maliyyə, fair play. "Barsa" braziliyalının qeydiyyatdan keçəcəyinə heç bir zəmanət verə bilməz.

Üstəlik, Neymarın müqaviləsi hələ bitməyib. Bu isə o deməkdir ki, Barça PSJ ilə təzminatla bağlı danışıqlar aparmalıdır. Kataloniya klubu hücumçunun daha əvvəl aldığı ağır zədələrdən, eləcə də həyat tərzindən narahatdır.

"Barsa" oyunçunun qısa və uzunmüddətli perspektivdə effektivliyinə şübhə edir. 

Digər xəbərlər