87 milyon ayrıldı

87 milyon ayrıldı
Futbol
09 İyun 2023 - 23:21
Supersport.Az "Daily Mail"ə istinadla məlumat verir ki, "Newcastle United"in bu yay transfer büdcəsi 87 milyon avrodur.

Klub rəhbərliyi Çempionlar Liqası öncəsi komandanı gücləndirmək üçün “qırx”ın baş məşqçisi Eddi Houya bu məbləğ ayıracaq.

“Nyukasl” ötən mövsümün sonunda İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yeri tutdu və ən nüfuzlu avrokubok turnirinə birbaşa vəsiqə aldı.

Leicester-in yarımmüdafiəçisi Ceyms Maddison klubun əsas hədəflərindən biridir. “Tülkülər” İngiltərənin yüksək liqasını tərk edib və ən yaxşı oyunçularından birini sata bilər.

“Nyukasl” Meddisondan başqa, “Mançester Yunayted”dən Skott MakTominay, “Çelsi”dən Konor Qallager və “Brayton”dan Moises Kaysedo ilə maraqlanır.

Digər xəbərlər