Messi: "Barselona"da mənim qayıtmağımı istəməyənlər vardı"

Messi: "Barselona"da mənim qayıtmağımı istəməyənlər vardı"
Futbol
09 İyun 2023 - 19:54
"İnter Mayami"nin hücumçusu Lionel Messi hesab edir ki, "Barselona"nın bütün rəsmiləri onu geri qaytarmaq istəməyib.

Supersport.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, Messi bu haqda deyib:

"Mənim qayıtmağımı istəməyənlər mütləq var. Necə ki, gedərkən qalmağımı istəmirdilər. Bir çoxları kimi mən də kimin mənim qayıtmağımı istədiyini bilirəm. Bu barədə ictimaiyyətə danışdılar. Amma mütləq rəhbərlikdə məni görmək istəməyənlər və qayıtmağımın klub üçün problem olacağına inananlar vardı".

Xatırladaq ki, PSJ 2022/2023 mövsümünün sonunda Messinin gedişini açıqlamışdı. Argentinalı futbolçu komandadan sərbəst şəkildə ayrılıb. Mayamidən "İnter"in təklifini qəbul etməmişdən əvvəl hücumçu "Barselona"nın və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun təkliflərinə mənfi cavab verib.

Ötən mövsüm Lionel Messi PSJ-nin heyətində bütün turnirlərdə 41 oyunda 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

Digər xəbərlər