UEFA Avroliqanın final matçının hakimini cəzalandıra bilər

UEFA Avroliqanın final matçının hakimini cəzalandıra bilər
Futbol
04 İyun 2023 - 19:11
Supersport.Az xəbər verir ki, İngiltərə hakimi Entoni Teylor UEFA tərəfindən uzun müddət beynəlxalq oyunlardan kənarlaşdırıla bilər.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Teylorun Avropa Liqasının finalındakı işinin təkcə “Roma” azarkeşlərini deyil, UEFA-nın Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettini də narazı saldığı bildirilir.

Teylorun yaşının 45 olduğunu nəzərə alsaq, Avropa Liqasının “Roma” və “Sevilya” arasında keçirilən final matçının onun son böyük beynəlxalq matçı olmasını təxmin etmək mümkündür.

Digər xəbərlər