94-cü ölkə çempionatında rekord, maraqlı nəticələr

94-cü ölkə çempionatında rekord, maraqlı nəticələr
Atletika, Digər
04 İyun 2023 - 15:03


Atletika üzrə 94-cü Azərbaycan çempionatının 2-ci günü rekord və maraqlı nəticələrlə yadda qalıb.
Supersport.Az xəbər verir ki, uzunluğa tullanma yarışında Nazim Babayev 8 metr nəticə ilə ölkə çempionu adını qazanıb. Bununla da Nazim Azərbaycan atletika tarixində 8 metr həddinə çatan ikinci idmançı olub.
Xatırladaq ki, burada rekord 1978-ci ildə 8.03 metr göstəricisinə nail olan Vladimir Çepelyova məxsusdur. Kəsgin Abbazsadə 7.83 metr nəticə ilə ölkə çempionatında ikinci yeri tutub. Bu göstərici ilə Abbaszadə U 20 və U 23 Azərbaycan rekorduna sahib çıxıb. Kəsgin bu yaş kateqoriyalarında Vladimir Çepelyovun 1975-ci ilə aid 48 illik rekordunu yeniləyib.

Digər xəbərlər