Ərəbistanın futbol qurumu Messinin potensial transferini təsdiqlədi

Ərəbistanın futbol qurumu Messinin potensial transferini təsdiqlədi
Futbol
31 May 2023 - 21:34
Supersport.Az xəbər verir ki,  Səudiyyə Ərəbistanı Futbol Assosiasiyasının prezidenti Yaser Əl-Mişal dünya futbol ulduzu Lionel Messini bu yay yerli liqaya gətirməkdə maraqlı olduğunu təsdiqləyib.

"Düzünü desəm, bundan xəbərim yoxdur. Şübhə yoxdur ki, şəxsən mən Messini Səudiyyə Ərəbistanı liqasında görmək istərdim. Bu, bizə Kriştiano Ronaldonun gəlişindən sonra edilən böyük təkanları başa çatdırmağa imkan verəcəkdi" - deyə, funksioner SSC News-a bildirib.

Səudiyyə Ərəbistanı çempionatının liderlərindən olan "Əl-Hilal" yazın əvvəlindən PSJ ilə müqaviləsi iyunda başa çatacaq Messi ilə danışıqlar aparmağa çalışır. Argentinalıya ilk təklif mart ayında alınıb, klubun oyunçuya ildə 220 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Bu yaxınlarda maaş təklifinin illik 600 milyon avroya qədər artdığı bildirildi.

Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr" portuqaliyalı futbolçu Kriştianu Ronaldonu alıb.

Digər xəbərlər