"Real Madrid", "Mançester Yunayted", "Barselona" - dünyanın ən bahalı klubu

"Real Madrid", "Mançester Yunayted", "Barselona" - dünyanın ən bahalı klubu
Futbol
31 May 2023 - 21:06
Supersport.Az xəbər verir ki, Real Madrid, Mançester Yunayted və Barselona hazırda Forbes-ə görə dünyanın ən bahalı üç klubu sırasındadır.

Nüfuzlu nəşr "Real Madrid"i planetin ən bahalı klubu kimi qeyd edib. Klubun dəyəri 5,68 milyard avro dəyərində qiymətləndirilir. Reytinqdə ikinci yeri “Mançester Yunayted” (5,62 milyard avro) tutub.

İlk beşliyə həmçinin “Barselona” (5,16 milyard avro), “Liverpul” (4,95 milyard avro) və “Mançester Siti” (4,67 milyard avro) daxildir.

Dünyanın ən bahalı 10 komandası arasında yer alan digər klublar arasında Almaniya və Fransa futbolunun nəhəngləri - Bayern Münhen (4,55 milyard avro) və PSJ (3,94 milyard avro), eləcə də İngiltərə Premyer Liqasından Londonun "Çelsi" (2,9 milyard avro), "Tottenhem" (2,62 milyard avro) və "Arsenal"dır (2,12 milyard avro).

Digər xəbərlər