Azərbaycanın 3 taekvondoçusu da uduzdu

Azərbaycanın 3 taekvondoçusu da uduzdu
Digər
31 May 2023 - 16:23

Supersport.Az-ın müxbiri xəbər verir ki, Bakıda təşkil olunan taekvondo üzrə üzrə 26-cı dünya çempionatının üçüncü günündə də ölkəmiz medal qazana bilməyib.




Azərbaycan taekvondoçusu Patimat Abakarova (49 kq) əvvəlcə 1/16 finalda Çina Murakami (Yaponiya) mübarizədən kənarlaşdırıb. Abakarova 2:1 hesablı qələbə qazanıb. Ancaq Patimat 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə bacarmayıb.




Əliəskər Əliyev (80 kq) 1/16 finalda Ababakar Soumareni (Seneqal) sınağa çəkib. Döyüş taekvondoçumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Əliəskər Əliyev 1/8 finala yüksəlib. Lakin o, bu mərhələdə kolumbiyalı Migel Trejos Salasa uduzub.




Millimizin digər üzvü Taleh Süleymanov (87 kq) 1/16 final mərhələsində belçikalı Manuel Polletdən 2:0 üstün olub. T.Süleymanov növbəti mərhələdə amerikalı Maykl Rodrigesə məğlub olub.




Qeyd edək ki, Heydər Əliyevin 100, Dünya Taekvondo Federasiyasının 50 illiyinə həsr edilən çempionat "Öz gücünü alovlandır" şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.


Süleyman Kərimov

Digər xəbərlər