Ulduz basketbolçudan ayrılıq siqnalı

Ulduz basketbolçudan ayrılıq siqnalı
Digər
23 May 2023 - 23:33
Supersport.Az xəbər verir ki, Amerika Basketbol Liqasının (NBA) komandalarından olan “Los Angeles Lakers”ın ulduz futbolçusu LeBron Ceyms peşəkar karyerasını davam etdirmək barədə ətraflı düşünəcəyini bildirib.

"Los Angeles Lakers"in "Denver Nuggets"ə son dəfə 111-113, ümumilikdə 0:4 hesabı ilə məğlub olmasının ardından mətbuat konfransında danışan 38 yaşlı Ceyms , "Mövsüm bitdi. Karyeranı bitirməyi düşünürsənmi?" sualına  "Aydındır ki, basketbol oynamağa davam etmək barədə düşünəcəyəm. Gələcəyin nə olacağı məlum deyil. Bu məsələni ətraflı düşünəcəyəm" cavabını verib.

Məşhur basketbolçu, 3 mövsüm çempionluğa həsrət qalan "Leykers"in son oyununda 40 xal, 10 ribaund və 9 məhsuldar ötürmə ilə komandasını qələbəyə daşıya bilməyib.

Kareem Abdul-Jabbarı keçən və bu mövsüm NBA tarixinin bombardiri olan Ceyms dörd dəfə çempionluqdan həzz alıb. Dörd dəfə NBA Finallarının və mövsümün ən dəyərli oyunçusu (MVP) seçilən Ceyms ABŞ Milli Komandası ilə iki dəfə Olimpiya çempionluğunu qazanıb.

Digər xəbərlər