Qurbanov Avropa qurumunun prezidentiylə görüşdü

Qurbanov Avropa qurumunun prezidentiylə görüşdü
Atletika, Digər
17 May 2023 - 17:01
Supersport.Az-ın məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyada Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov ilə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov arasında görüş keçirilib. Görüş zamanı tərəflər arasındakı əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub. Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş olduğunu bildirən Dobromir Karamarinov bu əməkdaşlığın beynəlxalq qurum üçün böyük önəm kəsb etdiyini diqqətə çatdırıb. Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə də iştirak edib.

Digər xəbərlər