Bakıdakı beynəlxalq yarışda qaliblər bilindi

Bakıdakı beynəlxalq yarışda qaliblər bilindi
Digər, Atıcılıq
10 May 2023 - 15:10
Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"ün ilk mükafatçıları məlum olub.
Supersport.Az-ın məlumatına görə, ilk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.
8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla, bürünc medalla başa vurub.
Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.
Yarışın qalibi isə iranlı Sacad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xalla qabaqlaya bilib.
Hazırda qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın seçmə mərhələsi davam edir.

Digər xəbərlər