Olimpiadaya ən çox lisenziya ölkəmizdə veriləcək

Olimpiadaya ən çox lisenziya ölkəmizdə veriləcək
Digər, Atıcılıq
05 May 2023 - 23:43
"Azərbaycan Avropa Oyunlarında ilk dəfə 10 atıcı ilə təmsil olunacaq. İyunda Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında atıcılarımızdan ümidlərimiz böyükdür".
Supersport.Az xəbər verir ki, jurnalistlərə müsahibəsində Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov belə deyib.
İyulda idmançılarımızın bir neçə sınaq yarışlarında iştirak edəcəyini diqqətə çatdıran baş katib, həmin ay gənclər arasında dünya çempionatının Koreya Respublikasında keçiriləcəyini və atıcılarımızın həmin yarışa qatılacağını deyib: "Avqustda isə ölkəmiz atıcılıq üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarına 48 lisenziya veriləcək. Olimpiadaya ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq".

Digər xəbərlər