Dünyanın sərrast atıcıları Bakıda hədəfi nişan alacaq

Dünyanın sərrast atıcıları Bakıda hədəfi nişan alacaq
Digər, Atıcılıq
27 Aprel 2023 - 20:51
Mayın 9-dan 15-dək Bakı Atıcılıq Mərkəzində Dünya Kuboku yarışı təşklil olunacaq.

Supersport.Az-a Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, mötəbər yarışda 65 ölkədən 700 idmançı və 300 nəfərlik texniki heyət iştirak edəcək. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.

Qeyd edək ki, Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) "Paris-2024" Yay Olimpiya Oyunlarında reallaşdırılacaq yenilikləri ilk olaraq Bakıda keçiriləcək Dünya Kuboku yarışlarında tətbiq edəcək.

 

Digər xəbərlər