Türklərin məğlub etdiyi ermənilərin baş məşqçisi: "Bir az yatmalıyam"

Türklərin məğlub etdiyi ermənilərin baş məşqçisi: "Bir az yatmalıyam"
Futbol
26 Mart 2023 - 08:53
Supersport.Az-ın məlumatına görə, Avro-2024-ün seçmə mərhələsinin ilk oyununda Türkiyə millisinə məğlub olan Ermənistan yığmasının baş məşqçisi Oleksandr Petrakov oyunu tam şərh etmək üçün yatmağa ehtiyacı olduğunu bildirib.

"Hər iki tərəf yaxşı oyun nümayiş etdirdi. Sadə səhvlərimiz oldu və təəssüf ki, meydanı məğlub tərk etdik. Növbəti matçlarda belə olmasını istəmirik. Türkiyə ilə oyunu tam qiymətləndirmək üçün bir az yuxuya ehtiyacım var. Bundan sonra dərin təhlil edəcəyəm və bu haqda danışacağıq.

Oyunçu dəyişikliyində gecikdiyimi düşünmürəm. Cəmi 1 həftədir komanda ilə işləyirəm, hələ bütün futbolçuların potensialına bələd deyiləm. Futbolda təcrübə çox önəmlidir. Bəzi zədəlilər var, onların vəziyyətinə baxacağıq. Komandaya gənc futbolçuları cəlb etməyə çalışırıq. Futbolçularımıza və bir-birimizə güvənməliyik. Güvənsəydik, hər şey çox asan olardı dedim. (Gülür) Çamadanım hazırdır, mən hər zaman istefa verə bilərəm. Növbəti oyuna yaxşı hazırlaşmalıyıq".

Digər xəbərlər