Türkiyənin “Qalatasaray” klubu Ağdamın “Qarabağ”ı ilə xeyriyyə oyunu keçirmək üçün Bakıya gəlib.
Supersport.Az xəbər verir ki, İstanbul təmsilçisi Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk ölkəmizə 23 futbolçu ilə gəlib. Türkiyə komandasının heyətində 2. Leo Duboys, 4. Matias Ross, 5. Lukas Torreyra, 6. Fredrik Midtsyö, 11. Yunus Akgün, 12. Atakan Ordu, 13. Emre Taşdemir, 17. Nikolo Zaniolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 23. Kaan Ayhan, 27. Serxio Oliveyra, 30. Yusuf Demir, 34. Okan Koçuk, 42. Abdülkerim Bardakçı, 44. Beknaz Almazbekov, 55. Arda Deniz Yavaş, 56. Baran Demiroğlu, 58. Ali Yeşilyurt, 59. Caner Doğan, 64. Xuan Mata, 77. Berkan Aksoy, 99. Mauro İkardi yer alıblar.
Martın 26-da keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Qeyd edək ki, oyun üçün satışa çıxarılan 62 min 500 biletin hamısı satılıb.