Messi başqa klubla danışıqlar aparacaq

Messi başqa klubla danışıqlar aparacaq
Futbol
20 Mart 2023 - 14:54
Aprelin əvvəlində PSJ-nin futbolçusu Lionel Messi, eləcə də onunla çalışan şəxslər “Əl-Hilal”ın rəhbərliyi ilə görüşəcək.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, görüşün məqsədi argentinalı hücumçunun mümkün transferi ilə bağlı danışıqlara başlamaq və mühüm addımlar atmaqdır.

Bundan əvvəl Messinin cari mövsümün sonunda “Barselona”ya qayıtmaq istədiyi barədə məlumat yayılmışdı. Bu, onun üçün prioritetidir. Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

Argentinalı 2021-ci ildən parislilərin heyətində çıxış edir. Messi bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Digər xəbərlər