Kadi Borges "Dinamo"ya 2 qol vurdu

Kadi Borges "Dinamo"ya 2 qol vurdu
Futbol
11 Mart 2023 - 23:03
Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, Kadi Borgesin formasını geyindiyi "Krasnodar" doğma meydanda Moskva "Dinamo"sunu sınağa çəkib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Kadi Borges də bu görüşün iştirakçısı olub. Braziliyalı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 85-ci dəqiqədə Batçiylə əvəzlənib. Kadi komandasının ilk iki qolunun müəllifi olub. "Krasnodar" 19-cu dəqiqədə hesabda geri düşsə də, Borges 24, 67-ci dəqiqələrdə 2 qol vurub, 90+3-də isə Krivtsov son nöqtəni qoyub.

Xallarını 29-a yüksəldən "Krasnodar" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Kadi Borges qış transfer pəncərəsi zamanı "Qarabağ"dan Krasnodar klubuna keçib.

Digər xəbərlər