Tovuzda 2 qol, "Qarabağ"dan rahat qələbə

Tovuzda 2 qol, "Qarabağ"dan rahat qələbə
Futbol
11 Mart 2023 - 19:55
Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Turan Tovuz" doğma meydanda "Qəbələ"ylə qarşılaşıb. Oyun qollu heç-heçəylə bitib.

Günün digər oyununda isə lider "Qarabağ"la çempionatın autsayderi "Səbail" üz-üzə gəlib. Ağdam klubu 3 qolla qalib gəlib.

İlk oyun günündə baş tutan "Kəpəz" - "Zirə" matçında qalib müəyyənləşməyib (1:1), "Sabah" "Sumqayıt"ı 4:0 hesabıyla məğlub edib.

Tura sabah keçiriləcək "Şamaxı" – "Neftçi" oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası


XXVI tur


11 mart

“Qarabağ” – “Səbail” - 3:0

Qollar: Elvin Cəfərquliyev, 24, Musa Qurbanlı, 34, Julio Romao, 53

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə
“Azersun Arena”

“Turan Tovuz” – “Qəbələ” 1:1 

Qollar: Runi Eva, 19-penalti  - Felipe Santos, 39 

Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev.
Tovuz şəhər stadionu, 15:00.









  • Premyer Liqa



















































































































NKlublarOQHMT-FX
1Qarabağ26215064-1568
2Sabah26185357-1859
3Neftçi25164546-2252
4Zirə26107930-3437
5Qəbələ2689930-3233
6Turan Tovuz26761320-3427
7Sumqayıt26561517-4421
8Kəpəz26491325-4721
9Şamaxı25481323-4020
10Səbail26451719-4517


Bombardirlər:


Musa Qurbanlı ("Qarabağ") - 18 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 13 qol
Coy Lens Mikels ("Sabah") - 13 qol
Aleksey Kaşuk ("Sabah") - 11 qol



 

Digər xəbərlər