"Beşiktaş" 10 futbolçunu göndərmək istəyir

"Beşiktaş" 10 futbolçunu göndərmək istəyir
Maqazin, Futbol
09 Mart 2023 - 21:57
"Beşiktaş" klubu mövsümün sonunda 10 futbolçusu ilə yollarını ayırmaq istəyir.

Supersport.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş rəhbərliyə həmin oyunçuları heyətdə istəmədiyini bildirib.

Mütəxəssis Romen Saiss, Ersin Destanoğlu, Dele Alli, Kevin N Kudu, Valentin Rozye, Cekson Muleka, Atiba Hatçinson, Neytan Redmond, Velinton və Kerem Atakan Kesgini yola salmaq fikrindədir.

Digər xəbərlər