Millimiz polyaklara uduzdu

Millimiz polyaklara uduzdu
Futbol
08 Mart 2023 - 10:00
Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün əsas mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirib.

Supersport.Az xəbər verir ki, millimiz səfərdə Polşa ilə qarşılaşıb. Matç millimizin 2:7 hesablı məğlubiyyəti ilə başa çatıb.

Millimiz ötən turdan eli-raunda vəsiqəni təmin edib. Bugünkü görüşdən sonra Polşanın da, Azərbaycan millisinin də aktivində 9 xal olsa da, top fərqinə görə Polşa qrupu lider olaraq tamamlayıb.

7 mart

23:00. Polşa – Azərbaycan - 7:2

Qollar: Mikolay Zastavnik, 3:48; 27:05; 27:35; 30:05; 32:44. Yakub Raszkovski, 3:54. Tomaz Kriezel, 31:57 - İsa Atayev, 23:09. Amadeu, 28:00.

Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)

Koszalin idman zalı

Turnir cədvəli

1. Polşa - 9 xal (4 oyun)

2. Azərbaycan - 9 xal (4 oyun)

3. Yunanıstan - 0 xal (4 oyun)

Digər xəbərlər