İsgəndər Əsgərov yeni təyinat aldı

İsgəndər Əsgərov yeni təyinat aldı
Digər, Həndbol
07 Mart 2023 - 19:49
Beynəlxalq dərəcəli  nümayəndə İsgəndər Əsgərov növbəti təyinat alıb.

Supersport.Az xəbər verir ki, təcrübəli mütəxəssis kişi həndbolçuların 2024-cü il Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Litva görüşündə nümayəndə kimi Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək.

Martın 8-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunacaq oyunu kiprli hakimlər briqadası idarə edəcək.

Digər xəbərlər