AFFA bəzi qərarları ləğv etdi

AFFA bəzi qərarları ləğv etdi
Futbol
07 Mart 2023 - 16:27
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Supersport.Az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbir planının hazırlanması AFFA-nın baş katibliyinə tapşırılsın.

2. 2024-2028-ci illər üçün UEFA və 2023-2026-cı illər üçün FIFA tərəfindən ayrılacaq müvafiq maliyyə vəsaiti müxtəlif regionlarda yeni infrastruktur layihələrinin inşasına ayrılsın.

3. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:

U-19 – Aqil Nəbiyev

U-18 – Elxan Abdullayev

U-17 – Füzuli Məmmədov

U-16; U-15 – İlham Yadullayev

4. AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Apellyasiya Arbitraj Tribunalı

Sədr:

Nazim Rəşidov – Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi

Üzvlər:

Rüfət Kərimov – Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin nümayəndəsi

Arif Əyyubov – Vəkillər Kollegiyasının üzvü

Orxan Məmmədov – Dövlət Vergi xidmətinin nümayəndəsi

Rəşad Qasımov – Fərdi sahibkar

Cavid Quliyev – Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi

Oyunçuların Statusu və Transferi Komitəsi

Sədr:

Tural Eyvazov – Hüquqşünas

Üzvlər:

Orxan Əhmədov – AFFA-nın əməkdaşı

Seymur Səlimli – AFFA-nın əməkdaşı

Fərid Haqverdiyev – Hüquqşünas

Elgiz Abbasov – PFL-in əməkdaşı

Katib:

Nurlan Zeynalzadə – AFFA-nın əməkdaşı

İntizam Komitəsi

Sədr:

Erkin Hüseynov – Hüquqşünas

Üzvlər:

Məlik Həsənov – PFL-in əməkdaşı

Qabil Nəcəfov – AFFA-nın əməkdaşı

Elçin Məmmədov – AFFA-nın əməkdaşı

Aslan Şahgəldiyev – PFL-in vitse-prezidenti

Ramil Cahangirov – Dövlət Şəhərsalma Agentliyinin nümayəndəsi

Ömər Paşayev – Hakimlər Komitəsinin üzvü

Səs hüququ olmayanlar:

Namiq Əliyev – İntizam üzrə müfəttiş

Müzəffər Müzəffərli – PFL-in əməkdaşı

Rəna Əsədova – AFFA-nın əməkdaşı

5. AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinə əlavə və dəyişikliklərin olunması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.

6. Birinci Divizionda çıxış etmək üçün klubların Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərar ləğv olunsun.

7. Azərbaycan Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunması PFL-ə həvalə olunsun.

8. 2023-2024-cü il mövsümündən etibarən Birinci Divizion və əvəzedici heyətlərin çempionatları ayrı-ayrılıqda keçirilsin. Hər iki çempionat hər birində 10 komanda olmaqla təşkil olunsun.

9. 2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırma qaydaları tətbiq olunsun. Müvafiq meyarların hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunması AFFA-nın baş katibliyinə və PFL-ə tapşırılsın.

İcraiyyə Komitəsinin iclasında Yoxlama və Təftiş Komitəsi tərəfindən hesabat məruzəsi təqdim olunub.

 

Digər xəbərlər