"Mahir nişançı"lar məlum oldu

"Mahir nişançı"lar məlum oldu
Digər, Atıcılıq
25 Fevral 2023 - 11:47
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir.

Supersport.Az-a idarənin mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayonunda yerləşən 265 nömrəli tam orta məktəbin atıcılıq tirində paytaxtın bütün rayonlarının iştirakı ilə "Mahir nişançı" güllə atıcılığı üzrə yarış keçirilib.

Turnirə qatılmış 11 komandanın tərkibi 5 nəfərdən (3 oğlan 2 qız) ibarət olub. Yarış iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparıblar. Tədbirin münsiflər heyətinin tərkibi hərbi hazırliq müəllimlərindən ibarət olmuşdur.

Nəticələrə görə I yerə Xətai rayon komandası, II yerə Sabunçu rayon komandası, III yerə Qaradağ rayon komandası layiq görülüblər. İlk üç yeri tutanlara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və pul mükafatları təqdim edilib.

Digər xəbərlər