Türkiyədə dəhşətli zəlzələdən daha çox ziyan çəkən “Hatayspor”la “Gaziantep” FK, Superliqada mübarizəni dayandıra bilər. Bəzi klublar və legioner futbolçuların TFF-yə qarşı çıxdığı bildirilir.
Supersport.Az-ın qardaş ölkənin mətbuatına istinadən xəbərinə əsasən belə məlumat yayılıb.
Birinci liqada çıxış edən “Yeni Malatyaspor”un prezidenti Ahmet Yaman İdarə Heyətinin toplantısından sonra çempionatdan geri çəkilmək qərarı verəcəklərini bildirib.
“İndi futbol oynamaq zamanı deyil. Minlərlə insanımız dağıntılar altında qalıb, ailələri yas saxlayır, xəbərlərini gözləyir, cənazəsini dəfn edir. Qəti qərar verməmişik. Ancaq futbol oynamayacağıq. İdarə Heyəti buna qərar verəcək”.
Qeyd edək ki, Türkiyədə yarışlar 1 həftə təxirə salınıb.