AFFA qərar verdi: 1 dəqiqə sükut

AFFA qərar verdi: 1 dəqiqə sükut
Futbol
07 Fevral 2023 - 17:01
AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqalar və Region Liqasınının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Supersport.Az xəbər verir ki, bu barədə AFFA-nın sosial şəbəkə hesablarında bildirilib. 1 dəqiqəlik sükutla Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi yad ediləcək.

 




AFFA-nın paylaşımında bu da qeyd olunub: "Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!".





Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında 21-ci turunda turun "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçlarında 1 dəqiqəlik sükutla zəlzələ qurbanlarının xatirəsi yad olunub.

 

Digər xəbərlər