Türkiyə Futbol Federasiyası 20 milyon ayırdı

Türkiyə Futbol Federasiyası 20 milyon ayırdı
Futbol
07 Fevral 2023 - 00:27
Supersport.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası ictimaiyyətə çağırış edərək, zəlzələdən zərərçəkənlərlə bağlı yardım kampaniyasına start verdiyini bəyan edib. TFF 20 milyon lirə (1 milyon 800 min manatdan çox) ianə edib.

Qurum Allahdan zəlzələdə vəfat edənlərə rəhmət, yaralılara şəfa, itkisi olanlara səbr diləyib.

Bütün xalqın kədərləndiyini vurğulayan TFF, imkanlı şəxsləri köməyə çağırıb.

Digər xəbərlər